Azərbaycan “Formula 1” yarışlarının keçirilməsi üçün 150 milyon dollar ödəyəcək.
Bu haqda “Autoweek” saytı məlumat yayıb.
Açıqlamanı İtaliya avtomobil klubunun başçısı Sticchi Damiani edib. O bildirib ki, Azərbaycan “Formula 1” rəhbəri Bernie Ecclestone 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək.
Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Gran-Priyə görədir.
Bakıda keçiriləcək Formula-1 yarışının startı iyun ayının 19-da veriləcək.