Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

«Gəncəbank» bağlanır


Mərkəzi Bank
Mərkəzi Bank

-

«Gəncəbank» ASC-nin bank lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, İdarə Heyətinin 22 yanvar 2016-cı il qərarı ilə aşağıdakı səbəblərdən bankın lisenziyası ləğv edilib:

- məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə,

- kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə,

- cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə.

Bu gündən – yanvarın 25-dən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bankı bildirir ki, «Gəncəbank» ASC-də Əmanətlərin Sığortalanması Fondunun əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

XS
SM
MD
LG