-
Bakının Suraxanı rayonundakı univermağın dam örtüyü çöküb. Çökməyə yağan qar səbəb olub.
Hadisə nəticəsində 3 nəfər dağıntılar altında qalıb. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Çökmə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib (Report).
AzadlıqRadiosunun müxbirinin çəkdiyi videonu izlə