Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:13

Bu il doğuş zamanı 6 ana ölüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bu il Azərbaycanda 6 ana ölümü qeydə alınıb».

Bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib.

Bu barədə APA xəbər yayıb.

Leyla Rzaquliyeva bildirib ki, bu il baş verən ana ölümlərindən üçü tam araşdırılıb: «Digər üç ana ölümü isə hələ Komissiyadan keçməyib. Anatomik-patoloji nəticələri gözləyirik. Onlardan bir neçəsi mütəmadi nəzarətdə olmayıb. Həkimə gec müraciət ediblər. Digər tərəfdən də lazımsız müalicə alıblar. Problem də inkişaf edəndə kömək etmək mümkün olmur».

L.Rzaquliyeva qeyd edib ki, Azərbaycanda ana ölümləri ildən-ilə azalır: «Düzdür, ana ölümlərində həkim səhvləri də var. Amma qadınların, onların ailə üzvlərinin də səhvləri olur. Əgər 3 ölüm faktı varsa, 300 kritik vəziyyətdən çıxan analarımız var. Hazırda kritik vəziyyətləri öyrənən Komissiyanın yaradılması istiqamətində iş aparılır».

XS
SM
MD
LG