-
«Eurovision-2016» mahnı müsabiqəsində Azərbaycandan olan namizədlərin seçimləri başlayıb.
«Report» xəbər verir ki, Azərbaycanın İTV teleşirkəti yanvarın 29-dan bu il müsabiqədə iştirak etmək istəyənlərin ərizələrini qəbul etməyə başlayıb. Ərizələr fevralın 10-na qədər təqdim oluna bilər. Namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
«Eurovision-2016» müsabiqəsində Azərbaycanın nümayəndəsinin adı martın 14-də elan olunacaq.
Bu il müsabiqə Stokholm şəhərində keçiriləcək.