Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:24

İŞİD lideri «2015-ci ilin diktatoru» seçildi


7 namizəd
7 namizəd

-

VPRO - Hollandiyanın rəsmi yayım qurumu İŞİD lideri Abu Bakr al-Baghdadi-ni «2015-ci ilin diktatoru» elan edib. Ona mükafat olaraq Beynəlxalq Haaqa Məhkəməsinə təkgedişli bilet veriləcək.

ERDOĞAN 2-Cİ OLUB

Səsverməyə jurnalistlər, hüquqçular və digər mütəxəssislər qatılıblar. İŞİD liderinə «qələbə» qazandıran özəlliklər sırasında hələ «sərhədləri bilinməyən xəlifəliyini» dövlətə çevirmək cəhdlərinin adı çəkilib. Xalq münsiflərinin ən çox səsini alan Türkiyə prezidenti Erdoğan çox az fərqlə 2-ci yeri tutub.

Sorğunu 1926-cı ildən bəri Hollandiyada ictimai yayım fəaliyyəti aparan VPRO-nun «Xarici Büro» adlı radio proqramı keçirib.

Açıqlamaya görə, «İlin diktatoru» seçilən al-Baghdadi-nin mükafatı «ləyaqətsizlik» və Haaqa məhkəməsinə təkgedişli bilet olacaq.

«ƏYLƏNCƏLİ SEÇKİ»NİN MƏQSƏDİ

VPRO vurğulayıb ki, bu «əyləncəli seçki»nin məqsədi – potensial diktatorların zorakı basqılarına diqqət çəkməkdir.

Yarışmanı keçirən «Xarici Büro» proqramının rejissoru Herman Schulte Nordholt «Diktatorlar, əlbəttə, özlərini seçdirməzlər» deyərək sözünə belə davam edib:

«Fenomen diktatorlara və demokratiyaya fərqli şəkildə baxmaq istədik... Bu yarışma ilə «Kimə diktator deyilir», «Öz xalqları tərəfindən seçilən populyar liderlər demokratiyanı necə ortadan qaldırır» sallarına cavab axtardıq».

AZƏRBAYCAN PREZİDENTİ DƏ UNUDULMAYIB...

Açıqlamaya görə, münsiflər heyəti«böyüməkdə olan yalançı demokratiyalarda liderlərin gücü necə bir əldə cəmləşdirmə cəhdlərini» incələyib. Bu mövzunun «Human Right Watch» insan haqları təşkilatında da vurğulandığı diqqətə yetirilib.

BBC xəbər verir ki, səsverməyə çıxarılan 7 namizəd arasında Rusiya prezidenti Vladimir Putin, Misir prezidentiAbdel Fattah al-Sisi və Azərbaycan prezidenti İlham Əliyev də olub.

Yarışmanın münsiflər heyətinə «Amnesty International»ın rəhbəri Eduard Nazarsky başçılıq edib. Tilburq Universitetinin professoru Rianna Letschert və «Diktator virusu» kitabının müəllifi Frank Schaper də münsiflər arasında olub.

XS
SM
MD
LG