Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

MM-in yaz sessiyasının planı təsdiqləndi


MM (arxiv fotosu)
MM (arxiv fotosu)

Parlamentin fevralın 1-də keçirilən iclasında qəbul olunan qanunvericilik işləri planına ümumilikdə 19 qanun layihəsinin müzakirəsi daxildir. Bu barədə Report məlumat yayır.

Onlardan birini sessiya müddətində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin tədqim edəcəyi gözlənilir. Bu «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» qanun layihədir. Bundan başqa həmin komutə «İctimai nəzarət haqqında» qanun layihəsini də təqdim etməlidir.

Bura digər komutələrdən gələn layihələr də daxildir.

Milli Məclisin yaz sessiyasında həmçinin, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

XS
SM
MD
LG