Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:22

AYİB Azərbaycanın qiymətli kağızlar bazarında


Bruno Balvanera (arxiv fotosu)
Bruno Balvanera (arxiv fotosu)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) regional direktoru Bruno Balvaneranın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərində qiymətli kağızlar bazarında iştirak müzakirə edilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunda Turan-a bildiriblər ki, söhbət AYİB istiqrazlarının buraxılmasından gedir.

Verilən məlumata görə, «Kapital bazarlarının inkişafı strategiyası Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi siyasətinin bir hissəsidir», deyə Bruno Balvanera bildirib.

Xatırladaq ki, AYİB Azərbaycanın qiymətli kağızlar bazarında iştirak etmək planını 2015-ci ildə bəyan edib. Buraxılacaq qiymətli kağızların həcmi, faiz dərəcəsi barədə məlumat verilmir.

XS
SM
MD
LG