Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Ölkə qıtlıq və bahalaşma ərəfəsində


Bakıda supermarket
Bakıda supermarket

-

Neftin qiymətinin düşməsindən sonra Azərbaycanda artan iqtisadi çətinliklər ölkə mediasının əsas gündəmini tutur.

YANVARDA İDXAL 70 FAİZ AZALIB...

«İdxalın fantastik həddə azalması böhranı daha da dərinləşdirəcək».

«Azadlıq» qəzeti belə yazır. Bunu «ölkənin qıtlıq və bahalaşma ərəfəsində olması» kimi dəyərləndirir...

«Azadlıq» bu mövzuya da toxunur. Qəzet Dövlət Gömrük Komitəsinin sədr müavini Mirqasım Vahabova isnadən bu ilin yanvarında idxalın 65-70 faiz azaldığı barədə açıqlama verir. Komitə sədrinin müavini bu il ölkə idxalının 5 milyard dollardan artıq olmayacağını deyib: «Artım olarsa, komitə vergi və rüsumları toplayıb dövlət büdcəsinə köçürəcək» deyə M.Vahabov bildirib.

Bu qəzetdə öz fikirlərini bölüşən ekspertlər isə hesab edirlər ki, komitə öhdəliyini yerinə yetirə bilməyəcək.

Ekspertlər bu azalmaya bir neçə səbəb göstərirlər. Onlar deyirlər ki, bunun səbəblərindən biri devalvasiyadan sonra xeyli sayda ticarət obyektlərinin fəaliyyətini dayandırmasıdır: «Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, ölkədə idxal sahəsi oliqarxların nəzarətindədir. Hansısa sıradan bir sahibkarın ölkəyə məhsul gətirməsi, idxal mafiyasının razılığı olmadan mümkün deyil» - deyə qəzetin ekspertləri vurğulayır.

Qəzetə görə, büdcəyə daha 2 milyard cəlb olunması ilə bağlı bu komitənin də öhdəliyi var. Bu açıqlama ilə hökumətə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyəcəyinin bəri başdan mesajını verir.

Cahangir Hacıyev
Cahangir Hacıyev

«VAXT VAR İDİ QABAĞIMDA FARAĞAT DAYANIRDINIZ»

Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyev Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın başçısı Elman Rüstəmovla üzləşdirilməsini istəyir. Əgər belə olsa, böyük maliyyə cinayətləri ilə bağlı həbslərin dairəsi daha da genişlənəcək.

«Yeni Müsavat» qəzetində dərc edilən müəllif yazısında belə yazılır: «C.Hacıyev bu üzləşmə baş tutduğu halda onun protokollaşdırılmasını istəyir. Həbsdə olan bankir hər iki məmura «vaxt var idi qabağımda farağat dayanırdınız» ismarışı da göndərib».

Müəllif Beynəlxalq Bankın səhmlərinin 51 faizinin dövlətə məxsus və

Müşahidə Şurasının sədrinin maliyyə naziri Samir Şərifov olduğunu qeyd edərək, üzləşmə olmasını normal sayır. Müəllifə görə, C. Hacıyevin «vaxt var idi qabağımda farağat dayanırdınız» mesajı hər iki məmura yönəlib.

ÇOXLARININ GƏLƏCƏYƏ ÜMİDİ YOXDUR

«Gəncliyimiz yaşamır, sürünür» - deyə «Bizim Yol» qəzetinin sorğusunda iştirak edən gənclər ortaq fikirlərini bölüşüblər. Gənclər əsas ev, iş problemləri olduğunu, əksəriyyəti isə artıq gələcəyə ümidlərini itirdiklərini bildiriblər:

«Bu gün gənclik üçün ən böyük problem işsizlikdir və bu mənada yeni düşüncə ilə köhnə düşüncənin toqquşmasından gənclik əziyyət çəkir» - deyə İsmayıl Qurbanov adlı bir gənc bildirir.

Gənc ictimai-siyasi fəal Ülvi Həsənli isə sorğuda gəncliyin azadlıq, təhsil və sosial təminat kimi problemlərinin olduğunu qeyd edib.

Elm
Elm

ÖLKƏDƏN «BEYİN AXINI»NIN QARŞISINI NECƏ ALAQ?

«Exo» qəzeti isə «Ölkədən beyin axınını qarşısını necə alaq?» sualını gündəmə gətirir.

Müəllifi S.Əliyev olan yazıdan bir parça: «Bütünlükdə Azərbaycanda beyin axını XX əsrin 90-cı illərinin ortasında qeydə alınıb. Amma həmin irimiqyaslı axını müşahidə etsək də, sonrakı nəticələrini görmədik».

Müəllif bor çox sahələrdə mütəxəssis qıtlığını ovaxtkı axının nəticəsi hesab edir.

BU BELƏ DAVAM EDƏ BİLMƏZ

«Novoye Vremya» qəzeti bununla Mərkəzi Bankın yanvar ayında 618 milyon dollar itirməsini önə çəkir. Bu mövzuya toxunan müəllif qeyd edir ki, bu proseslərdən xalqın demək olar ki. xəbəri yoxdur:

«Neftdən asılılıq çox böyükdür. Nə qədər anlamaz olmaq lazımdır ki, manatın üzərinə gələn təhlükəni görməyəsən. Ölkə rəhbərliyinin iradəsi manatın kursunu sabit saxlayır. Amma bu həlledici faktorlar uzun müddət davam edə bilməz» - deyə müəllif manatın liberallaşdırılmasını vacib sayır.

XS
SM
MD
LG