Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:17

Prezident yanında Apellyasiya Şurası yaradır


Prezident Administrasiyası
Prezident Administrasiyası

-

Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Apelyasiya Şurası yaradılır. Fərmana görə, Şuranın yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi məqsədi daşıyır. Bundan başqa, yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi işinə xidmət edəcək.

Fərmana əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da şuralar yaradılacaq.

Əsasnaməsinə görə, Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasını təmin etməlidir. Habelə müvafiq qərarlar verib, onların icrasını nəzarətdə saxlayacaq.

Prezidentin digər fərmanı ilə Apellyasiya Şurasının tərkibi təsdiq edilib. Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev şuraya sədrlik edəcək. Şura üzvləri sırasına Prezident Administrasiyasının müxtəlif çinli vəzifəli şəxsləri, İqtisadiyyat Nazirliyinin nümayəndəsi daxildir.

Qeyd edək ki, Vergilər Nazirliyi yanında Vergi Apellyasiya Şurası fəaliyyət göstərir. Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması funksiyasını həyata keçirir.

XS
SM
MD
LG