Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:28

Məişət texnikasından nələr bahalanıb


►Məişət texnikası malları bazarında qiymətlər çox qalxmasa da, alıcı qəhətə çıxıb

Mağazalar müxtəlif kampaniyalara əl atıblar

“Qızımı köçürəcəm, dünən də baxmışam başqa yerdə, qiymətlər qalxıb”, - gözünü soyuduculardan çəkməyən Bakı sakini, 55-60 yaşlarında olan Afina Əliyeva deyir.

O, qızı üçün 3-4 min manata həm məişət texnikası, həm də qab-qacaq, xırda-xuruş şeylər almaq istəyir:

“Tək soyuducu, paltaryuyan maşınla iş bitmir. Cehizlik o qədər şey almalısan ki! İndi də, maşallah, o qədər cihaz var, hamısı da od qiymətinə”.

Afina Əliyeva ilə paytaxtın “Sahil” metrostansiyası yaxınlığında yerləşən iri məişət avadanlıqları mağazasında rastlaşmışıq. Mağazanın soyuducu bölməsində qiymətlər markasına və tutumuna görə 1000 manatdan başlayıb 3 minə qədər qalxır.

Burdakı qiymətlərdən ağlı bir şey kəsməyən Afina xanım paltaryuyan maşınların satıldığı bölməyə keçir. Burda da ən ucuzu 660 manatdan başlayır.

– Qızım, bunun nəyi var?

– 6 kq tutur, sıxma sürəti 1000-dir. Əllə istifadə olunur, yəni elektron deyil.

– Qiymətdə aşağı düşürsüz?

– Yox, xanım, bunlar elə köhnə qiymətdir, köhnə modellərin qiymətini qaldırmamışıq.

Alıcının satıcıyla sövdəsi, deyəsən, baş tutmur. O, qapıya, satıcı yerinə keçir. Tozsoranlara baxan xanıma yaxınlaşıram, adı Səmadır, tozsoran almaq istəyir:

“Noyabrda gəlmişdim, almadığıma elə peşmanam ki... Onda 77 manat idi, indi 91 manat olub. Dedim bəlkə Yeni il qabağı endirim kampaniyası olar, bir az ucuzlaşar. Bu dəfə alacam, birdən qiymətlər yenə də qalxar. Dolların kursu ilə bağlı gündə bir söz eşidirsən”.

“İki gün mağazaya bircə müştəri də gəlmədi”

Məişət avadanlıqları satılan başqa bir mağazaya baş çəkirik. Adını söyləməyən satıcı xanım deyir ki, manatın devalvasiyasından sonra həm qiymətlər qalxıb həm də müştəri azalıb:

“İki gün mağazaya bircə müştəri də gəlmədi. Bizdə bir neçə brend satılır. Hərəsinin bir qiyməti var. Köhnə mallarımızın qiymətini qaldırmamışıq, yeni gələn mallarda, bəli, qiymət artımı var”.

Bunlara da bax:

Satıcı deyir ki, son bir neçə gündə müştəriləri çoxalıb:

“Kampaniya elan eləmişik, ilkin ödənişsiz və kreditlə mal almaq mümkündür. Müştəriyə də ən önəmli olan budur. Elə öz işçimiz dünən 8 min manatlıq alış-veriş elədi. Bir müştəri də cehizlik alırdı. Təbii, kreditlə aldılar”. (Ardı aşağıda)

Rəsmi statistika: "2015-ci ildə 40 min iş yeri bağlanıb, 100 mini yeni açılıb"
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

“Qiymət az qalxıb”

Mağazadakı televizorların qiymətində isə 50-100 manat artım var. Bunu bu bölməyə baxan satıcı Rəşad Həsənov deyir. Onun sözlərinə görə, qiymət artımı bütün mallara tətbiq olunmayıb:

“Modeldən asılıdı, məsələn, 2015-ci ilin modeli elə köhnə qiymətə gəlib, amma elə televizor var ki, 3999 manat idisə, indi 4099 manat olub, yəni 100 manat qalxıb”.

Bakının “20 yanvar” metrostansiyası yaxınlığında brend malların satıldığı mağazada isə satıcı bizi qiymətlərin, demək olar, qalxmadığına əmin edir:

“Anbarımızda olan mallardı, hələ yeni mal gəlməyib. Ola bilsin ki, yeni mallar artıq yeni qiymətlə gəlsin. Dollar bahalaşıb deyə bunu gözləyirik”.

“Camaatı daha çox ərzaq maraqlandırır”

İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, məişət avadanlıqlarının qiymətində, ərzaqdakı kimi, 50-60 faiz bahalaşma müşahidə edilməməsinin səbəbi bu sektorda alıcı qıtlığı ilə bağlıdır:

“Manatın ikinci devalvasiyasından sonra camaatı ancaq ərzaq maraqlandırır. Ölkəyə məişət avadanlıqları gətirən sahibkarlar deyirlər ki, dövriyyələri azalıb, əllərindəki malları belə satmaq problemi ilə üzləşiblər. Çox güman ki, anbarlardakı mallar satılıb qurtarandan sonra məişət texnikası məhsulları satan şəbəkələr daha çox sifariş əsasında işləyəcəklər”.

Məhəmməd Talıblı əlavə edir ki, məişət texnikası malları ölkəyə əsasən xaricdən gətirildiyi üçün 50-60 faiz bahalanacağı gözlənir. Belə ki, dollar bahalaşıb, sahibkar yeni malı dollarla alıb ölkəyə gətirib manatla qiymətləndirəndə bu fərq özünü göstərəcək. İqtisadçının proqnozuna görə, məişət texnikası malları bazarında iqtisadi süstlük uzun müddət davam edəcək, çünki alıcı tələbatının getdikcə kəskin azalacağı gözlənir:

“Bu zaman ya məişət avadanlıqlarının qiyməti düşəcək, ya da bu sahədə təklifin azalması müşahidə ediləcək. Bu iki halın hər hansı biri baş versə, sahibkar yeni mal alıb gətirməyə maraq göstərməyəcək”.

Statistika idxalın azaldığını göstərir

2014-cü illə müqayisədə idxalda azalma müşahidə edilib. Gömrük Komitəsinin 2015-ci il üzrə açıqlamasına görə, ötən il Azərbaycana təxminən 2 milyard 465 milyon dollarlıq maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edilib. Bir il öncə bu rəqəm 2 milyard 500 milyondan çox olmuşdu.

Bunlara da bax:
XS
SM
MD
LG