Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:19

Media Azadlığı Xəritəsi: "təzyiqlər artır"


Drezden, Pegida nümayişı
Drezden, Pegida nümayişı

2015-ci ilin 4-cü rübündə 40 ölkədə 518 jurnalist yeri ixtisar olunub. Suriya münaqişəsini işıqlandıran 2 jurnalist Türkiyədə öldürülüb. Jurnalistlərə 40 fiziki hücum olub. 26 dəfə jurnalistlər tutulub, bunlardan 11-də onlara qarşı cinayət ittihamı irəli sürülüb. 55 dəfə jurnalistə hadisə yerindən reportaj hazırlamağa imkan verilməyib.

Bunu İndex on Censorship təşkilatının xüsusi layihəsi olan Media Azadlığı Xəritəsi bildirir. Bu xəritə Avropa Birliyi ölkələri də daxil, 40 ölkədə - Rusiya, Türkiyə, Ukrayna, Norveç, Bosniya, İslandiya, Kosovo,Makedoniyakimi ölkələrdə media azadlığı ilə bağlı vəziyyəti öyrənir.

Layihə 2014-cü ilin mayından başlanıb. İndiyə kimi media azadlığının 1300 pozuntusunu qeydə alıb.

Son hesabatda deyilir ki, məsələn, Almaniya kimi ölkədə jurnalistlər ifrat sağçı, anti-islam qrupu Pegida-nın (Vətənpərvər Avropalılar İslamlaşma Əleyhinə) nümayişlərini işıqlandırtmaqda "artan düşmənçiliklə qarşılaşırlar". Bir neçə jurnalistə hücum olub, onların jurnalist avadanlığı sındırılıb.

XS
SM
MD
LG