Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Saxta vizalı əcnəbilər geri qaytarılıb


Bakı aeroportu.
Bakı aeroportu.

-

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxta sənədlərlə sərhədi keçməyə cəhd edən şəxsləri aşkar edib. Bunu DSX mətbuat xidməti bildirir.

Xəbərdə deyilir ki, Binə aeroportunda Dubay-Bakı aviareysi ilə Azərbaycana gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd saxlanılıb. Bu şəxslərin pasportlarında saxta Türkiyə Respublikası vizası və üzərilərində yapışdırılmamış saxta Avstraliya vizaları aşkar edilib.

Bundan başqa 334 saylı İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn Nigeriya vətəndaşı Metobor Okenin də pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlandığı deyilir.

Araşdırmalardan sonra saxlanılanlar geri qaytarılıblar.

Xəbər DSX-nin saytında yenicə yerləşsə də, həmin hadisələrin yanvarın 29-da baş verdiyi qeyd edilir.

XS
SM
MD
LG