Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:09

Avropada böyük film festivalları Asiyadan danışır


Berlinale festivalında "Dərinlik iki" filmindən görüntü (serb rejissoru Ognjen Glavonic)
Berlinale festivalında "Dərinlik iki" filmindən görüntü (serb rejissoru Ognjen Glavonic)

-

Fransa

"Cesars" film mükafatı heykəlciyi
"Cesars" film mükafatı heykəlciyi

"Césars" mükafatı Fransanın "Oscar" mükafatıdır. Bugünlərdə ABŞ-ın "Oscar" Akademiya Mükafatları milli azlıqları "iqnor" etməkdə günahlandırılmışdı. "Césars" mükafatı belə tənqidlərdən nəticə çıxarıb.

Onun builki namizədləri arasında müxtəlif millətlərin nümayəndələrini görmək olar.

Tacikistanlı antropoloqun hekayətini danışan "Mənim qızıl günlərim" filmi ən yaxşı film, ən yaxşı rejissor nominasıyası da daxil olmaqla, 11 nominasiya üzrə namizəd irəli sürülüb.

Şri Lankalı qaçqının Fransadakı həyatından danışan, ötən il Cannes Film Festivalının "Palme d'Or" mükafatını qazanmış film də namizədlər arasındadır.

Başqa bir film - "Mustang" isə Türkiyəli bacıların məcburi evliliyə qarşı dirənişlərindən danışır və 9 nominasiya üzrə qalib irəli sürülüb.

Fransanın bu film mükafatının nümayəndəsi deyib ki, bu mükafat Fransanın mədəniyyətlərin kəsişməsində yerləşən bugünkü vəziyyətini gözəl ifadə edir.

Almaniya

"Berlinale" festivalının ayı heykəlcikləri
"Berlinale" festivalının ayı heykəlcikləri

Bu həftə açılan Berlin Beynəlxalq Film Festivalının əsas mövzusu Avropaya miqrant axınıdır. Bütün filmlərdən bu mövzu qırmızı xətt kimi keçir.

Berlinale direktoru Dieter Kosslick deyib ki, festivalın əsas ideyası millətlər və mədəniyyətlər arasında yaxşı qarşılıqlı anlaşmaya xidmət etməkdir.

"Onsuz da bu festival həmişə siyasi mövzulara toxunub: ya müharibələrin fəsadları, ya yerindən didərgin düşmüş insanların iztirabları bu filmlərdə əks olunub.

400-dən artıq filmin nümayiş etdiriləcəyi 66-cı Berlinale 21 fevrala qədər davam edəcək.

OxuZalı

XS
SM
MD
LG