Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:57

Qrip var, amma «donuz qripi» yox


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ölkədə epidemik qrip aşkar olunmayıb. Lent.az bu xəbəri Səhiyyə Nazirliyi sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımova isnadən yayıb.

V.Qasımov ölkədə «donuz qripi» - A (H1N1) virusuna qarşı profilaktik nəzarət tədbirlərinin davam etdiyini bildirib: «Xəstəxanalarda həkimlər də ciddi nəzarət edir və şübhəli xəstələr dərhal müayinə edilir. Xəstələr arasında «adena», B tipli bəzi qrip virusları aşkar olunur, ancaq «donuz qrip» təhlükəsi yoxdur».

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova ümumilikdə 428nəfər şübhəli xəstədə yaxma nümunələr götürüldüyünü, amma laborator tədqiqatların A(H1N1) virusu aşkar etmədiyini vurğulayıb.

Müayinələr zamanı «adena», mövsümi qrip virusları üstünlük təşkil edib.

XS
SM
MD
LG