Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Oğrular 4 kəndi telefon və internetsiz qoyub


Foto illüstrasiya
Foto illüstrasiya

-

Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması dörd kəndi rabitəsiz qoyub. Xəbəri APA yayıb. Xəbərə görə, oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində olub.

Araşdırmalar zamanı məlum olub ki, magistral yoldan keçən rabitə xəttinin 200-metrlik hissəsi kəsilərək oğurlanıb. Bu oğurluq nəticəsində Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərinin 200 sakini rabitə və internetsiz qalıb.

Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək satıblar. Hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib.

XS
SM
MD
LG