-
Rusiyanın Dağıstan Respublikasında nəqliyyat polisi postu yaxınlığında avtomobil partladılıb, iki polis əməkdaşı həlak olub.
Fevralın 15-də Dərbənd rayonunda baş vermiş insident zamanı iki polis əməkdaşı da xəsarət alıb.
Təhqiqat aparılır. İlkin məlumata görə, partlayış qaz kanistri vasitəsilə törədilib. Yerli polis rəsmisi bunun «böyük partlayış» olduğunu, intiharçı tərəfindən törədilməsinin mümkünlüyünü vurğulayıb.
Dağıstanda islamçı silahlılar tez-tez müxtəlif hücumlar təşkil edirlər.