Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:32

Bir ayda 8200 nəfər işsiz qaldı


►Əslində, işini itirənlərin sayı daha çoxdur, çünki DSK yalnız əmək müqaviləsi əsasında çalışanlar haqqında məlumatı açıqlayır

İşsizlər ordusuna qoşulanların sayı artmaqdadır. Təkcə dekabr ayında 8 min 200 nəfərin əmək müqaviləsinə xitam verilib.

Dövlət Statistika Komitəsi (DSK) yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayını açıqlayıb.

Bir ay əvvəlki dövrlə müqayisədə əməkhaqqı cədvəlinə qol çəkənlərin sayı 8 min 200 nəfər azalaraq 1 milyon 495 min 800 nəfərə düşüb.

Əslində, işini itirənlərin sayı daha çoxdur, çünki DSK yalnız əmək müqaviləsi əsasında işləyənlərə dair məlumatı açıqlayır. Şəxsi dükan və kafelərini bağlayıb işaxtaranların sıralarına qoşulanlar buraya daxil deyil.

Dekabrda dövlət müəssisə və təşkilatlarında çalışanların 2 min, özəl bölmədə işləyənlərinsə 6 min 200 nəfəri işsiz qalıb.

Əvvəllər işsizlərin az hallarda baş vurduğu məşğulluq mərkəzlərinin önü indi hər gün qələbəlikdir.

Amma bu mərkəzlərə üz tutanların çox az bir qismi iş tapa bilir.

Buna da bax: Şirvanlılar iş tələb edir

XS
SM
MD
LG