-
Naxçıvanın Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının nümunələrindən olan İmamzadə türbəsi bərpa olunub.
APA xəbər verir ki, bu tarixi abidə, həm də ziyarətgah kimi istifadəyə verilib.
İmamzadə türbəsinin yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üstündə tikildiyi iddia olunur. Uzun illər ziyarətgah və inanc yeri olub. İmamzadə giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri zamanı «İmamzadə»nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Abidənin həyətində də geniş abadlıq işləri aparılıb.