Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:54

“Atəşkəs” filminin təqdimatı olub


-

Macar rejissor Erik Boqnarın Qarabağ münaqişəsindən bəhs edən “Atəşkəs” sənədli filmi “Nizami” Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilib. Film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib.

Filmdə Azərbaycanın tarixi-mədəni irsi, ənənələri, kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.

2015-ci ilin dekabrında film Macarıstanın paytaxtı Budapeştdə macar dilində təqdim edilib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən bu ekran əsəri Azərbaycan dilinə dublyaj edilib.

XS
SM
MD
LG