-
Əmanətlərin Sığortalanması Fondu «Bank of Azerbaijan» ASC-nin keçmiş əmanətçilərinə 21 milyon manatdan artıq kompensasiya ödəyib. APA-nın xəbərinə görə, söhbət sənədləri qaydasında olan əmanətçilərdən gedir.
Sığorta hadisəsi baş verən «Gəncəbank» ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna isə fevralın 4-dən başlanılıb. Seçilən agent banklar tərəfindən sənədləri qaydasında olan bu əmanətçilərə isə 621 min manatdan artıq kompensasiya ödənilib.
Fond əmanətçilərin ərizələrini bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Bu ilin yanvarında bəzi banklar Mərkəzi Bankın qərarı ilə lisenziyadan məhrum oldular. Bundan sonra həmin banklarda əmanətlərin qaytarılması prosesinə başlandı. Bəzi banklar artıq müflis elan edilib.