Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Erdoğan-Əliyev görüşü yaxında baş tutacaq


Recep Tayyip Erdoğan və İlham Əliyev
Recep Tayyip Erdoğan və İlham Əliyev

-

Terror aktına görə təxirə salınan Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yaxın vaxtlarda gerçəkləşəcək.

«Trend» xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib: «Biz bu hücumları araşdırmağa və onların arxasında dayananların şəxsiyyətini müəyyənləşdirməyə davam edirik. Heç kəs Türkiyəni yolundan döndərə bilməz».

M.Çavuşoğlu deyib ki, Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var. Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı tam dəstəkləyir.

O, Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşündə Bakı-Tbilisi-Qars dəmiryolu tikintisinin gedişi ilə tanış olacaqlarını söyləyib. Bu görüş fevralın 19-da Tbilisidə keçirilməlidir.

XS
SM
MD
LG