Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:44

İtaliyada Erdoğanın oğluna pulyuma ittihamı


Bilal Erdogan
Bilal Erdogan

►Divara "Terrorçu Erdoğan" yazıblar...

İtaliya mətbuatı Bolonya şəhərində Türkiyə prezidenti Recep Tayyip Erdoğanın bu ölkəyə köçmüş oğlu Bilal Erdoğanla bağlı araşdırma başlandığını yazır.

Araşdırma türkiyəli iş adamı və Erdoğana müxalif siyasətçi Cem Uzanın qardaşı Murat Hakan Uzanın Bilal Erdoğanın "çirkli pulların yuyulması ilə məşğul olduğu" barədə ittihamı əsasında başlanıb.

BBC Türkcə Bolonya prokurorluğu ilə əlaqə saxlasa da suallarına cavab ala bilməyib.

Bilal Erdoğanın Bolonyadakı vəkili Giovanni Trombini isə araşdırmanın başlanması barədə xəbəri təkzib etməyib, ancaq ittihamın detalları barədə məlumatsız olduğunu deyib. "Mən bildiklərimi qəzetlərdən öyrəndim," deyə vəkil bildirib.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İtaliyanın "Ansa" xəbər agentliyinin verdiyi məlumatda deyilir ki, Bilal Erdoğan barədə verilmiş şikayət ərizəsində onun İtaliyaya silahlı mühafizə ilə birlikdə getdiyi, o adamlara İtaliyaya giriş icazəsi veriməsə də, bir neçə saat içərisində Türkiyənin diplomatik pasportlarının təqdim edildiyi iddia olunur.

Məlumatda həmçinin bildirilir ki, dekabr ayında, şikayət xəbərinin çıxmasından bir neçə gün sonra Bilal Erdoğanın doktorluq müdafiə etdiyi Johns Hopkins Universitetinin divarında "Terrorçu Erdoğan" yazıları peyda olub. Erdoğan məsələ ilə bağlı qarayaxma ittihamı ilə şikayət ərizəsi verib.

"Ansa" agentliyinin ardınca İtaliyanın "La Repubblica, "Corriere della Sera" və "La Stampa" qəzetləri də bu xəbəri yayıblar.

Buna da bax...

XS
SM
MD
LG