Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:06

"Titanik" gəmisi olduğu kimi yenidən yaradılır


"Titanic" gəmisi, 1912
"Titanic" gəmisi, 1912

►"21-ci əsr gəmisi..."

Məşhur "Titanik" gəmisinin okean sularına qərq olmasından 106 il sonra onun "surəti" yaradılaraq 2018-ci ildə Şimali Atlantika sularına buraxılacaq.

"II Titanic" adı verilmiş bu yeni, təkmilləşdirilmiş versiyanın ideya müəllifi avstraliyalı milyarder Clive Palmer və onun "Blue Star Line" şirkətidir.

Gəminin Çində istehsal olunması planlaşdırılır.

Yeni gəmi zahirən 1912-ci ildə düzəldilmiş sələfinin eyni olsa da, ondan dörd metr daha enlidir. Onun gövdəsi müasir gəmiçiliyin təhlükəsizlik standartlarına uyğun olaraq düzəldilib.

Orijinal gəmidən fərqli olaraq onun içində kifayət qədər xilasetmə qayığıı və dəniz evakuasiya sistemi olacaq. Orijinal gəminin xilasetmə qayıqlarının "kopya"sı olan qayıqlar xilasetmə qayıqları üçün düzəldilmiş xüsusi göyərtədə yerləşəcək.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

"Əlbəttə ki, Yeni Titanikin müasir evakuasiya prosedurları, peyk nəzarət sistemi, rəqəmli naviqasiyası, radar sistemləri, bir sözlə 21-ci əsr gəmisindən gözlənilən hər şeyi olacaq," - deyə "Blue Star Line" şirkətinin marketinq direktoru James McDonald bildirib. Belfast Telegraph nəşri yazır ki, yeni gəminin uzunluğu 270 metr, hündürlüyü 53 metr, çəkisi 40000 ton olacaq.

Orijinal "Titanik" kimi "II Titanik"in də biletləri birinci, ikinci də üçüncü sinfə bölünəcək.

Doqquzmərtəbəli gəminin içində 2400 sərnişinin və 900 ekipaj üzvünün yerləşə biləcəyi 840 otaq olacaq.

Laynerin içində üzgüçülük hovuzu, türk hamamı və fitness zalı da olacaq.

Bu gəmi ilk dəfə adaşı kimi İngiltərənin Saushəmpton şəhərindən Nyu Yorka yox, Şərqi Çinin Cianqsu şəhərindən Dubaya səyahət edəcək.

Şirkət rəsmisi bildirir ki, artıq layihənin ticarət nişanı və lisenziya potensialı ilə maraqlanan fərdlər var. "II Titanik" ticarət markası bizə məxsusdur və insanlar onun bir hissəsi olmaq üçün növbəyə durublar," deyə o bildirib.

İlk "Titanic" gəmisinin 1912-ci ildə Şimali Atlantika sularında aysberqlə toqquşaraq batması nəticəsində 1500-dən çox sərnişin və ekipaj üzvü həyatını itirmişdi.

Batan Titanikin arxiv görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

XS
SM
MD
LG