-
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyinə 6 məsələ daxil edilib. Müzakirəsi gözlənilən məsələlərdən biri 2016-cı il dövlət büdcəsi haqqında qanuna dəyişikliklərin edilməsidir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında qanununa da dəyişikliklər ediləcək.
Dəyişikliklər gözlənilən daha iki məsələ isə «Polis haqqında» və «Valyuta tənzimi haqqında» qanunlardır.
Habelə «Elm haqqında» qanun layihəsi və Z.Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinin də müzakirə ediləcəyi gözlənilir.
Yaxın saatlarda Milli Məclisin iclası başlayacaq.