Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:41

İlham Əliyev İrana qarşı sanksiyalardan danışdı


Azerbaijan prezidenti İlham Əliyev və İran prezidenti Hasan Rouhani, 2014
Azerbaijan prezidenti İlham Əliyev və İran prezidenti Hasan Rouhani, 2014

►“Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub və öz sözünü bütün yüksək səviyyədən ifadə edib”.

Prezident İlham Əliyev iranlı həmkarı ilə görüşdən sonra belə deyib.

Trend-in xəbərinə görə, ölkə başçısı İran xalqını sanksiyaların ləğvi münasibətilə təbrik də edib.

İlham Əliyev deyib ki, İran prezidenti Həsən Ruhanı ilə həm beynəlxalq aləmdə baş verən hadisələrə və həm də ikitərəfli münasibətlərə dair geniş müzakirə aparıb.

Bir çox məsələlərlə bağlı iranlı həmkarı ilə fikirləri üst-üstə düşüb:

“Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirək. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".

“Qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik”

Ölkə başçısı tərəflərin razılaşdırdıqları sənədlərin çox müsbət mahiyyət daşıdığını bildirib:

“Bu sənədlərin bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılıb.Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Bu ilin sonuna qədər Azərbaycanın üzərinə düşən vəzifə icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik” - deyə Ilham Əliyev qeyd edib.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“Neft-qaz sektorunda əməkdaşlıqda yaxşı nəticələr gözlənilir”

İlham Əliyev İranla neft-qaz sektorunda əməkdaşlığın çox gözəl perspektivlərinin olduğunu deyib:

“Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Bu sahədəki işlərancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər".

“Suriya xalqı öz gələcəyini, taleyini özü müəyyən etməlidir”

İlham Əliyev Suriyadakı duruma da toxunub. ABŞ-la Rusiya arasında Suriyada müharibənin dayandırılması haqqında qərarı alqışladıqlarını bildirib:

“Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə atəşkəs təmin edilməlidir. Bundan sonra sülh bağlanmalıdır. Suriya xalqı öz gələcəyini, taleyini özü müəyyən etməlidir”.

Buna da bax...

İran televiziyasındakı əcaib Azərbaycan dili - [Video]
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

XS
SM
MD
LG