-
Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı mətbuata aşıqlama yayıb.
Nazirliyin saytında yer alan açıqlamada qeyd edilir ki, 24 il əvvəl baş verən bu faciədə 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirilib:
«Türkiyə olaraq bundan 24 il əvvəl azərbaycanlı qardaşlarımızın Xocalıda üzləşdikləri qətliamı hər zaman qəlbimizdə hiss edir, bu acını paylaşırıq. Ermənistan tərəfindən həyata keçirilən bu qətliamı və illərcə davam edən işğalı pisləyirik. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza ən səmimi başsağlığımızı çatdırırıq».