Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:57

18 nəfər ədliyyə orqanından xaric edilib


Bakıda həbsxana
Bakıda həbsxana

-

Ötən il Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 322 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 18 əməkdaş tutduğu vəzifədən azad olunub, 18 nəfər isə ədliyyə orqanlarından xaric edilib.

«Report»un xəbərinə görə, bu faktlar Ombudsmanın illik hesabatından götürüb:

«Bu şəxslər vəzifədən sui-istifadə ediblər, vəzifə səlahiyyətlərini aşıblar, korrupsiya elementlərinin yaranmasına səbəb olublar», - deyə məruzədə qeyd edilir.

Bu məruzənin Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

XS
SM
MD
LG