Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:22

“Siyasi partiyalara ianə verən var ki?”


Manat
Manat

-

Müxalifət və hakim partiya təmsilçiləri gözlənən dəyişikliyi müzakirə edir

“Siyasi partiyalara ianə verən varmı ki, onun adını da maliyyə hesabatına salasan?” Bunu AzadlıqRadisouna müsahibəsində siyasi partiyaların təmsilçiləri deyir.

Martın 4-də Milli Məclis İnzibati Xətalar Məcəlləsində siyasi partiyalara ianə verən şəxslərin adlarının və məbləği maliyyə hesabatlarına daxil edilməsini dəstəkləyən dəyişikliyi müzakirə edəcək. Bu məlumatı hesabata daxil etməyən siyasi partiyanı 1500 manatdan 8 min manata qədər cərimə gözləyir.

“Hakimiyyət siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq üçün ardıcıl işləyir, bu təklif də avtoritarizmi möhkəmləndirməyin tərkib hissəsidir. İki il əvvəl qanuna belə bir dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatlarını Maliyyə Nazirliyinə yox, Mərkəzi Seçki Komissiyasına versinlər”

Elman Fəttah
Elman Fəttah

Bunu Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyir. Onun sözlərinə görə, qısa zaman kəsiyində MSK-nın bu hesabatları nə qəbul, nə tərtib etməyə hazır olduğu üzə çıxıb. Belə ki, MSK maliyyə hesabatlarının elektron qəbulu sistemini belə qura bilməyib.

"İANƏ YERİNİ BOŞ QOYACAĞIQ"

Elman Fəttah söyləyir ki, Müsavat Partiyasının cüzi xərcləri – icarə və kommunal xərclər üzvlük haqları hesabına ödənir, o da güclə toplanır. Müsahibimiz vurğulayır ki, siyasi partiyaların maliyyə mənbələri kəsilib, müsavatçıların iş tapmaq imkanları məhdudlaşdırılıb:

“Ona görə də nə ciddi bir ianə sistemimiz var ki, partiyaya yardım göstərən şəxslər olsun, nə də üzvlərimiz elə bir işdə çalışırlar ki, partiyaya kömək etsinlər”.

Müsavat başqanının müavini bu dəyişikliyin onlara aid olmayacağını deyir. Onun sözlərinə görə, Müsavata ianə edənlər olmadığından maliyyə hesabatlarında ianə bölməsini boş göstərməli olacaqlar.

"SAHİBKARLAR ONSUZ DA QORXUDAN..."

Azər Qasımlı
Azər Qasımlı

Dünya praktikasında siyasi partiyaların ya ianələr yolu ilə, ya da hökumətdən və dolayısı ilə yenə vətəndaşın cibi hesabına maliyyələşdiyini deyən REAL funksioneri Azər Qasımlı İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişikliyin edilməsindən narahat deyil.

Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi praktikası var, ancaq müxalif partiyalar “saxta seçki yolu ilə” parlament seçkisindən kənarda saxlanır:

“Və dövlətdən maliyyə almır, sahibkarlar da partiyalara pul vermir. Sahibkarlar siyasi hakimiyyətin qorxusundan hər hansı müxalifət partiyasına maddi vəsait ayırmaqdan imtina edir”.

Azər Qasımlı onu da əlavə edir ki, Azərbaycan hakimiyyətinin iqtisadi gücü neft gəlirinə söykəndiyindən azalan neft gəlirləri siyasi elitanın sonunu yaxınlaşdıracaq və bu cür “məhdudlaşdırıcı dəyişikliklərin” heç bir əhəmiyyəti qalmayacaq.

"İANƏ VERƏNLƏRİ ÇƏKİNDİRƏCƏKLƏR"

Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlı da “ianə açıqlama tələbini” siyasi partiyaların olan-qalan maliyyə mənbələrini də qapatmaq niyyəti sayır. Onun fikrincə, hakimiyyət siyasi partiyaların fəaliyyətini əngəlləməkdən ötrü müxtəlif vaxtlarda qanunvericiliyə dəyişiklik edib:

“AXCP-nin qərargahı yoxdur, hər hansı tədbiri də üzvlərimizin ianələri ilə keçiririk. Maliyyə hesabatlarında ianə verənlərin kimliyini göstərmək təklifi adamları siyasi fəaliyyətdən, ianə verməkdən çəkindirmək məqsədi güdür”.

"YAP HƏR 6 AYDAN BİR HESABAT VERİR"

YAP-ın loqosu
YAP-ın loqosu

Yeni Azərbaycan Partiyasının sözçüsü Hüseyn Paşayev isə müxalif təmsilçilərinin narahatlığını əsassız sayır. Paşayevin fikrincə, “siyasi partiyaların maliyyə mənbələrinin şəffaflıq tələbi demokratiyanın istiqamətində atılmış addımdır” və hər hansı partiya bunu mənafeyinə zidd sayırsa, “onun bu yanaşması demokatiyaya zərbədir”.

YAP-ın mətbuat xidmətinin rəhbəri deyir ki, hakim partiya kimi onlar hər zaman siyasi qurumlarda maliyyə şəffaflığının tərəfdarı olublar. Hüseyn Paşayev “ianə açıqlaması”nın qanuniləşdirilməsini alqışlayır, deyir ki, onlar dəfələrlə ictimai-siyasi qurumlar qarşısında bu məsələni müzakirə mövzusu kimi qaldırıblar:

“Ancaq təəssüf ki, indiyə tək hər hansı siyasi partiya öz gəliri və xərcləri barədə ictimaiyyətə məlumat vermir. Yalnız Yeni Azərbaycan Partiyası hər 6 aydan bir öz maliyyə fəaliyyəti barədə ictimaiyyətə məlumat verir”.

Buna da bax...

Müxalifət böhrandan çıxmaq üçün bunları təklif edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

XS
SM
MD
LG