Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Mərkəzi bank 60 milyon dollar satdı


Mərkəzi Bank
Mərkəzi Bank

-

Fevralın 29-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bankdan yayılan məlumata görə, 23 banka 60 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Ancaq məlumatda bankların nə qədər dollar istədiyi açıqlanmır.

Mərkəzi Bankın valyuta hərracı ilə bağlı ötən həftənin cümə günü- fevralın 26-da yaydığı məlumatında da bankların tələbi göstərilmirdi.

Fevralın 25-də keçirilən hərracda isə bankların ehtiyaclarının yalnız yarısının ödəndiyi açıqlanmışdı. Onda müstəqil iqtisadçılar bunu üçüncü devalvasiyanın siqnalı kimi yozmağa başlamışdılar.

XS
SM
MD
LG