-
«Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər İlham Əliyev və Hassan Rouhani-nin Tehran razılaşmalarının icrası məsələsi müzakirə olunacaq».
Bunu APA-ya İran Xarici İşlər Nazirliyinin sözçüsü Hossein Jaber Ansari deyib. O bildirib ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-birilə əlaqələrinin daha da inkişafına təkən verir. Eyni zamanda bunun digər qonşu ölkələrlə əlaqələrin inkişafına da müsbət təsiri var.
H.Jaber Ansari Azərbaycanın iranlılar üçün viza rejimini ləğv edib-etməyəcəyi barədə sualın cavabında deyib ki, hələlik belə bir fikir yoxdur: «Bu haqda yeni məlumat olarsa, elan edəcəyik».
İran artıq 7 ildir ki, Azərbaycana viza rejimini birtərəfli qaydada ləğv edib.
Bu il fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyev İranda səfərdə olub. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.