Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

Rüstəmov: «Üzən məzənnə özünü doğruldub»


Elman Rüstəmov
Elman Rüstəmov

-

«Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğruldub».

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

«Trend»in xəbərinə görə, E.Rüstəmov bankların valyuta tələbatının tam ödəndiyini qeyd edib. «Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır», - deyə Mərkəzi Bankın rəhbəri vurğulayıb.

E.Rüstəmov lisenziyaları ləğv olunan banklara güzəşt niyyətində olmadıqlarını da ifadə edib. «Lisenziyaları ləğv olunan «AtraBank» və Qafqaz İnkişaf Bankı məhkəməyə şikayət verib. Məhkəmə prosesi gedir. Mərkəzi Bank da öz hüquqlarını və qəbul etdiyi qərarı müdafiə edəcək», - deyə E.Rüstəmov qeyd edib.

Mərkəzi Bank ötən il dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul etmişdi. Mərkəzi Bank qərarın məqsədinin ölkənin valyuta ehtiyatlarını qorumaq, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini təmin etmək olduğunu açıqlamışdı.

Ötən il baş verən iki devalvasiya nəticəsində manat ABŞ dolları qarşısında iki dəfə dəyər itirib.

XS
SM
MD
LG