Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Ayaqqabılarla danışan adam- [Video]


Pinəçi Kamil
Gözlə
Embed

No media source currently available

0:00 0:01:51 0:00

Pinəçi Kamil

►Pinəçi Kamil deyir ki, əvvəllər heç kim təmirə bu qədər nimdaş ayaqqabı gətirməzdi...

Müştəri ayaq qoymağa yer olmayan, iki kvadratmetrlik köşkün qapısını açıb ayyaqabını verir. O da gülərüzlə müştəriyə ayaqqabılarının nə vaxta hazır olacağını söyləyir. Buraya “iş yeri” demək də çətindir, tərpənməyə yer yoxdur axı. Ancaq onun üzündən təbəssüm əskik deyil.

31 yaşlı pinəçi Kamil şəhərin mərkəzindəki dar hücrəsində hər gün səhər 9-dan işə belə balayır. Ta axşamadək:

“1999-cu ildən bu ayaqqabı işindəyəm. 14 yaşımdan başlamışam. Get-gedə sənətin incəliklərini öyrəndikcə ustalar vasitəsilə təkliflər gəlirdi. Ondan sonra artıq səni öz işinə görə axtarırlar. Dəri zavodunda, ayaqqabı fabriklərində, sexlərdə işləmişəm. Əzizbəyovda axırıncı fabrik qalmışdı, dəri fabriki. İnişil onu da sökdülər. Nə qədər adam işləyirdi orda. Sökdülər, yol saldılar”.

“Az istə, həmişə istə”

İki il öncə çalışdığı fabrik sökülüncə Kamil təzədən pinəçiliyə başlayıb. İstirahətsiz, hər gün işləsə də, narazı deyil:

“Hər gün səhər 9-dan axşam 9-adək işləyirəm. Yerim dardır, ancaq qəlbim dənizlər qədər genişdir. Nə var, Allah bərəkət versin. Deyir “az istə, həmişə istə”. Çox istəyən azdan da qalar. Qazancım gündə 12 manat da olur, 15 manat da, bəzən 20 manat da. Allaha Şükür, balalarımın çörəyini çıxardıram. Artıq nə istəyirəm ki. Villa tikən deyiləm, “Jeep” alan deyiləm. Heç belə şeylərə ehtiyacım da yoxdur. Ehtiyacım odur ki, sağlam olum, uşaqlarımı böyüdüm, valideynlik borcumu yerinə yetirim. Tənbəl deyilsənsə, bu, elə bir sənətdir, heç vaxt qoymaz ki, gedib qonşudan çörək istəyəsən”.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Malı indi ikiqat baha alır

Amma manatın ikinci ucuzlaşmasından sonra usta Kamilin də işi çətinləşib. Çünki istifadə etdiyi material, əsasən, xaricdən gətirilir:

“Dolların bahalaşmasından sonra camaat əziyyət çəkir. Böhrana, maddi çətinliklərə uyğunlaşmaq olmur. Material xaricdən gəldiyi üçün bahadır. Qiyməti də çox qaldırmamağa çalşırıq. Böyük bir işdə 1 manat, 50 qəpik qaldırırıq. Ən ucuz qiymət 1 manatdır. Hamı istəyir ki, xarici materialdan istifadə edəsən, pulu isə az versin. Onu da eləmək olmur axı. Çünki xarici malı baha alırıq. Əvvəl 20 manata aldığımız materiala indi 35-40 manat xərcləyirik. Qiymətlər çox bahalaşıb. Yerli material da var, ancaq çox adam onu istəmir. Amma ucuzdur, müəyyən vaxta qədər səni yolda qoymaz”.

İndi camaat nimdaş ayaqqabılarını atmır

Usta danışa-danışa köhnə ayaqqabılardan birini düzəldir. Deyir, əvvəl bu qədər nimdaş ayaqqabılar gətirməzdilər:

“Daha heç kim köhnə ayaqqabısını atmır. İndi hamı köhnələrini düzəltdirib geyinir. Bir də görürsən, imkanlı adam ayaqqabısını gətirir ki, “usta, al, mənə lazım deyil”. Mən də təmir eləyib ehtiyacı olana verirəm. Həmişə maddiyata işləmək olmaz. Hərdən mənəviyyata da işləmək lazımdır”.

Müştərisi Zərinə Əliyeva ustadan razılıq edir, ona iş yerini böyütməyi arzulayır:

“Bu usta işini vaxtında və keyfiyyətli görür. İstifadə etdiyi rəng tez getmir. Yaxşı yeri, avadanlıqları olsa, daha yaxşı işləyər. Əlləri qızıldır. Düz adamdır, endirimlər də edir. Bu cür adamları dəyərləndirmək lazımdır”.

“İnsan gördüyü işlə söhbət eləməlidir”

Kamil müştərini yola salıb işinin başına dönür:

“Bu ayaqqabı işi elədir ki, 7-8 sənətin birləşməsindən alınır. Bu işdə zərgərlik də var, rəssamlıq da. Rəngləri mükəmməl bilməlisən. Hansı rəngi qatsan, hansı rəng alınar, hansı rəngin qarışığı ayaqqabını necə göstərə bilər... İnsan sənəti ilə, gördüyü işlə söhbət eləməlidir. Mən hər an bu ayaqqabılarıla danışıram. Onlar da məni eşidir, beləcə, bir iş gününü başa vururuq”.

Buna da bax...

Güllədən Putin düzəltmək
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

XS
SM
MD
LG