-
Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin bir qismi yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
APA-nın xəbərinə görə, bununla bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 3-də keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.
Həmin dəyişiklikdə söhbət əsasən Mərkəzi Bankın digər banklara nəzarət etməsi ilə bağlı səlahiyyətlərinin bir qədər azaldılmasından gedir.
Məcəllədə edilən digər dəyişikliyə əsasən isə, qiymətli kağızlarla bağlı bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Elə bu gün parlamentin Gənclər və idman komitəsi «Bədən tərbiyəsi və idman haqqında» qanuna dəyişikliyi tövsiyə etmişdi.
Həmin dəyişiklikdə isə mərc oyunlara nəzarət funksiyası Gənclər və İdman Nazirliyindən alınıb yeni yaradılan palataya verilirdi.
Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ay prezident İlham Əliyevin verdiyi fərman əsasında yaradılıb.