-
Azərbaycan Mərkəzi Bankı (MB) 2016-cı il martın 4-dən uçot dərəcəsini 5%-dən 7%-ə qaldırıb.
Baş bankdan verilən məlumata görə, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 17% səviyyəsində müəyyən edilib. Faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq - 2% səviyyəsində saxlanılıb.
MB sonuncu dəfə uçot dərəcəsini fevralın 15-də 3%- dən 5%-ə qaldırmışdı.
Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.