Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:22

Azərbaycan neftinin əsas alıcısı İtaliyadır


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

-

SOCAR 2015-ci ildə Ceyhan, Supsa və Novorossiysk limanlarından 20-dən çox ölkəyə xam neft ixrac edib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin «Report»a açıqladığı bilgiyə görə, Azərbaycan neftinin alıcıları arasında ilk yeri İtaliya tutur. İxrac olunan neftin 25 faizi bu ölkənin payına düşür.

Ümumi ixracın 14 faizi Almaniyanın, 10 faizi İsrailin payına düşür. Asiya istiqamətinin ümumi ixracdakı payı isə 20 faizə yaxındır.

SOCAR 2015-ci ildə Ceyhan limanından 17 931 459, Supsa limanından 2 794 905, Novorossiysk limanından isə 1 270 108 ton xam neft ixrac edib.

XS
SM
MD
LG