Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:20

Keçmiş başçı: “Nə deyiblərsə düzdür”


Mahmud Quliyev
Mahmud Quliyev

►Sabiq icra başçısı işdən çıxarılmasına görə, prezidentə minnətdarlıq edib

Martın 3-də Cəbrayıl rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Mahmud Quliyev ölkə başçısına minnətdarlıq edib.

Sabiq icra başçısı aznews.az-a açıqlamasında deyib ki, prezidentin onunla bağlı verdiyi qərar düzgündür.

“Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam” deyə sabiq başçı bildirib.

Prezident Adminstrasiyası M.Quliyevin vəzifəsindən uzaqlaşdırılmasını onun prezident yanında etimadını itirməsi ilə izah etmişdi. M.Quliyev bununla bağlı deyib ki, “nə deyiblərsə düzdür. Yəqin etimadı itirmişəm, nəsə iradlar var”.

Sabiq başçı deyib ki, bundan sonra özünü ailəsinə həsr edəcək. “Mən pensioner adamam. Gedib ailəmlə olacağam”

Bir müddət öncə sosial şəbəkələrdə Cəbrayıl rayon İcra Başçısı Mahmud Quliyevin olduğu deyilən görüntülər yayılmışdı. Həmin videoda onun bir vətəndaşa kobud sözlər dediyi eşidilirdi. Sonradan keçmiş icra başçısı mətbuata bildirmişdi ki, həmin vətəndaş onun qohumudur. Məqsədi qohumunu təhqir yox tənbeh etmək olub.

XS
SM
MD
LG