Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:42

Turizm gəlirlərinin iqtisadiyyatda payı: 4 faiz


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

-

«Bu gün turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4 faizdən çoxunu təşkil edir».

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin «Davos Forumu» sayılan toplantıda iştirak etmək üçün Bakıya gələn qonaqların şərəfinə verilən səhər yeməyində deyib.

Nazirliyin saytı xəbər verir ki, Ə.Qarayev ali turizm, səyahət toplantısının Bakıda keçirilməsindən gözləntilərinin böyük olduğunu ifadə edib. «Biz turizmin inkişafı üçün daha da səylə çalışırıq. Ümid edirik ki bu tədbirdən sonra siz Azərbaycanda olmağı öz dostlarınıza məsləhət görəcəksiniz. Əminik ki, bizim fikir mübadiləmiz bizi yeni mərhələyə çıxaracaq», - deyə nazir bildirib.

Səyahət, turizm və qonaqpərvərlik sənayesinin «Davos Forumu» sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin bu toplantısına martın 5-də Bakıda start verilib. Forumda 10-dan artıq ölkənin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak edir.

XS
SM
MD
LG