-
Nəsimi Məhkəməsi «Müsəlman Birliyi» Hərəkatı üzvlərindən Elgün Axundovun həbs müddətini uzadıb.
«Report»un xəbərinə görə, E.Axundov barəsində seçilmiş həbs-qətimkan tədbiri üç ay artırılıb. Qərarla razılaşmayan E.Axundov apellyasiya şikayəti verib.
E.Axundov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı tutulanlardandır. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Nardaran əməliyyatında saxlanılanlar Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham olunurlar.
Baş Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatı işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.
«Müsəlman Birliyi» Hərəkatı qeydiyyatdan keçməyib.
Hərəkatın rəhbəri Nardaran hadisələri zamanı həbs edilən Taleh Bağırzadədir.