Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Bakı-Tbilisi-Qars ilin sonuna hazır olacaq


Bakı-Tbilisi-Qars dəmir yolu
Bakı-Tbilisi-Qars dəmir yolu

-

«Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması üçün artıq heç bir əngəl qalmayıb».

Bunu Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım deyib. Nazir APA-ya açıqlamasında bildirib ki, dəmiryol xətti tarixi «İpək yolu» üzərindəki önəmli mərhələni təşkil edir. Adıçəkilən dəmir yolunun açılışından sonra Avropa ilə Çinin Qafqaz üzərindən bir-birinə bağlanması kimi çox mühüm bir iş reallaşdırılacaq.

«Layihədə arzulanmayan gecikmələr baş verdi. Ancaq bütün bu gecikmələri geridə qoyacaq tədbirlər gördük. Bu ilin sonunda dəmiryol istismara veriləcək. Bu dəmir yolu ilə ilkin mərhələdə yük, ardınca sərnişinlər də daşınacaq», - deyə nazir bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ilə bağlı saziş 3 ölkənin dövlət başçısı arasında 2007-ci il fevralın 7-də imzalanıb. Bu layihə üzrə tikinti işlərinə isə həmin il noyabrın 21-də başlanılıb.

XS
SM
MD
LG