Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Banklar müştərilərlə dil tapmağa başladı


►Banklar təklif edir – müddətin uzadılması, dollar kreditinin manata çevrilməsi, gecikmə faizlərinin ləğvi

“İndi bankdan gəlirəm. Manatın ucuzlaşmağından əvvəl 2 min dollar götürmüşdüm. 3 ay ödəmişdim, sonra həm dollar qalxdı, həm işdən çıxdım”,

Baki sakini Elnur Əliyev deyir. Əlavə edir ki, bankda ona müddəti uzatmaq təklif olunub:

“1892 dollar borcum qalıb, təklif elədilər ki, bu borcu 48 aya bölsünlər və hər ay 44 dollar ödəyim. Razılaşmaqdan başqa yolum qalmadı”.

Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb. Daha doğrusu, manatın ötən ilki devalvasiyadan sonra qismən həyata keçirilən güzəşt təklifetmə prosesi sürətlənib.

“Yalnız müddəti uzada bilərik”

“AzerTurkBank”dan AzadlıqRadiosuna verilən məlumata görə, onlar dollarla krediti olan müştərilərinin müraciətlərini fərdi qiymətləndirirlər. Əsasən, müddətin uzadılması ilə bağlı razılaşma əldə edirlər.

"Bank VTB (Azərbaycan)" kredit ödənişlərində çətinliklə üzləşən müştərilərindən ötrü xüsusi tədbirlər proqramı hazırlayıb. Proqrama əsasən, bank, kredit borcunu ödəmək üçün müştərilərinə üç təklif təqdim edir ki, bu, həm aylıq ödənişləri, həm də kredit üzrə faiz dərəcəsini azaltmağa imkan verəcək.

“Faiz dərəcəsini endirə bilərik”

Bankın saytında verilən məlumata görə, iş yerini və ya əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 aylıq güzəşt müddətində aylıq ödənişləri əhəmiyyətli dərəcədə azaltmaq imkanı yaradır. 6 aydan sonra da müştəri işlə təmin olunmazsa, güzəşt müddətinin uzadılması mümkündür, -saytda deyilir.

Bank VTB müştərilərinə müddəti uzatmağı, aylıq ödənişləri gecikməsiz keçirən müştərilərə faiz dərəcəsini 25 faiz azaltmağı təklif edir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Manatla bağlı devalvasiya narahatlığı olmayacaq”

“Respublika Bank”ın ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirdilər ki, hazırda onlar müştərilərə dollarla olan krediti manata çevirmək və müqavilələri təzələməyi təklif edirlər. Bəs kredit manata çevrilərsə, dollar hansı kursla götürüləcək? Bu suala birmənalı cavab ala bilmədik. Adını açıqlamayan bank əməkdaşı dedi ki, müştərilərlə fərdi danışıb razılığa gəlirlər:

“Konkret kurs söyləyə bilməyəcəyik. O baxır müştərinin vəziyyətinə, ağırdısa, ödəmə qabiliyyəti aşağıdırsa, yəqin fərdi yanaşılacaq. Əsas odur ki, artıq müştəriləmizi manatın devalvasiya narahatlığından qurtaracağıq”.

“DəmirBank”dan dedilər ki, bir neçə istiqamətdə güzəşt və təkliflər paketi hazırlanıb. Belə ki, müştəri aylıq ödənişinin ən azı 60 faizini ödəyərsə, kredit gecikməyə düşmüş hesab olunmur və cərimə hesablanmır.

“Bank of Baku” isə dollarla götürülən krediti birdəfəlik ödəmək istəyən müştərilərə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini də silib.

“Gördülər ki, hökumətdən onlara kömək yoxdur”

Bankların müştərilərə güzəşt məsələsində aktivləşməyinin səbəbləri nədir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin eksperti Samir Əliyev deyir ki, banklar indiyə kimi hökumətin problemli kreditlərlə bağlı hər hansı bir addım atacağını gözləyirdi:

Gözlə

No media source currently available

0:00 0:02:50 0:00
Direct-ə keçid

“Bu aktivliyi bankların çıxılmaz addımı kimi qiymətləndirirəm. Uzun müddət banklar ona görə belə təşəbbüs etmədilər ki, hökumətin hər hansı kompensasiya verəcəyini gözləyirdilər. Amma maliyyə naziri Samir Şərifov hökumətin müdaxilə etməyəcəyini deyəndən sonra bu məsələ qapandı və banklar məcbur oldu ki, müştərilərlə dil tapsın”.

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev dollar kreditinin manata çevrilməsini müsbət addım sayır, bunun gələcəkdə müştəriləri manatın devalvasiyasından sığortalayacağını deyir. Onun sözlərinə görə, mövcud problemin həlli yolları var, yəni, banklar dolları aşağı kursla götürmək, gecikmələrə görə faizləri silmək, aylıq ödənişləri azaltmaq imkanlarına baxmalıdırlar:

“Bankın da əmanət öhdəliyi var”

“Əgər gecikməyə görə faiz ödənişlərini silsələr və ya müddət qoysalar, bu, müştəriləri borclarını ödəməyə həvəsləndirəcək. Digər tərəfdən, hökumət də banklara dəstək verməlidir. Çünki devalvasiya hökumətin qərarının nəticəsində baş verib. Hökumətin qərarı nəticəsində əhalinin kredit öhdəlikləri artıb. Bankın da əmanət öhdəliyi var, ümumi əmanətin 85 faizi dollardır”.

Samir Əliyev vurğulayır ki, problemli kreditlərin qayıtması istiqamətində işlər sürətlənməlidir, əks təqdirdə, banklar əmanət öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcəklər.

Dekabrın 31-nə olan məlumata görə, Azərbaycanda ümumi kredit portfelinin 1,05 milyard manatı problemli kredit sayılır.

Buna da bax:

Savchenko-nun məhkəməsi bitir
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG