Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Novruz Məmmədov Avropanı qınayır


Novruz Məmmədov
Novruz Məmmədov

-

“Azərbaycanın 1991-1992-ci ildə 7-8 milyon əhalisi var idi. 1 milyon qaçqının problemlərini həll etdi. Avropanın bu gün 500 milyon əhalisi var, 1 milyon miqrantın problemlərinin həllindən yayınır”.

Bunu IV Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya, multikulturalizm və inteqrasiya” mövzusunda keçirilən müzakirələrdə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

SSRİ parçalanandan sonra...

APA-nın xəbərinə görə PA yetkilisi Avropanın məsuliyyətdən yayınmamalı olduğunu bildirib.

N.Məmmədov deyib ki, SSRİ ilə Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra dünyada yeni mərhələ başlayıb:

“Prezident İlham Əliyev bu forumda Azərbaycanın 25 ildə keçdiyi uğurlu inkişaf yolundan danışdı. Ancaq deyə bilmərəm ki, dünya 25 il ərzində daha yaxşı olub. Əksinə, daha problemli dünyaya çevrilib”

Novruz Məmmədov SSRİ-nin parçalanmasından sonra ilk problemin Qarabağ münaqişəsi olduğunu, onun həllinə ədalətli yanaşmanın qoyulmadığını qeyd edib.

İtaliya prezidentinin müşaviri Antonio Zanardi Landi isə Avropadakı miqrasiya problemlərindən danışarkən ictimaiyyətin qeyri-qanuni köç məsələsindən çox qorxduğunu deyib:

“Avropa qurumları hazırda miqrasiya məsələsini lazımınca idarə edə bilmir. Miqrantların sayı artır, Avropa ölkələrində dövlət başçıları ciddi sınaqla üzləşirlər. Cəmiyyətlərdə müxtəlif meyllər müşahidə edirik.Vəziyyət çox ciddidir. Elə ölkələr var ki, vəziyyətləri yaxşıdır, miqrantlara sığınacaqlar təklif edirlər, bəzi dövlətlər isə bu sahədə problemlərlə üzləşir. Yeri gəlmişkən, ABŞ-da prezidentliyə namizəd Donald Tramp 11 milyon insanın ABŞ-dan çıxarılacağını, Meksika və ABŞ arasında divar hörüləcəyini vəd edib. Bu gün dünyada 240 milyon miqrant var. XX əsrin əvvəlində də dünya əhalisinin 3 faizi miqrant olub, indi də göstərici təxminən o səviyyədədir. Sadəcə, dinlər, mədəniyyətlər arasında uyum məsələsinə diqqət yetirmək lazımdır”

Divarlar tikilməməlidir

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta isə miqrant böhranının idarə olunması üçün onun ölkəsinin, Yunanıstan və Türkiyənin bir araya gəlməli olduğunu ifadə edib.

“Miqrantların qarşısını almaq üçün divarlar tikilməməlidir. 2015-ci ildə İtaliyaya 1 milyonadək qaçqın gəlib. Bu il də yəqin belə olacaq. Dövlət qurumları tərəfindən səhiyyə və digər xidmətlərin göstərilməsinin təmin edilməsi mümkün olmayacaq, imkanlar çatmayacaq. Bu halda da həmin insanların terrorçuların cənginə düşməsinə zəmin yaranır. Miqrantlar həmin ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalıdır. Yeni bir dövlətə gələrkən, ölkənin Konstitusiyaya hörmətlə yanaşmaq lazımdır. ABŞ kimi dövlət məhz belə yaranıb”.

XS
SM
MD
LG