Braziliyanın tanınmış sənətkarlarından biri ölkədəki siyasi vəziyyətə heykəllərin gözlərini bağlamaqla etirazını bildirib.
Naməlum sənətkar bununla etirazların ancaq küçələrdə edilmədiyini bildirmək istəyib.
O, Brazilyanın tanınmış şəxslərinin heykəllərinin gözlərini qırmızı lentlə bağlayıb. Deyib ki, bunu onların ölkənin biabrçı vəziyyətini görməmələri üçün edib.
Gözləri bağlanan heykəllər arasında Braziliyanın keçmiş prezidenti Getulio Vargasın, hava məkanı sektorunun inkişafında böyük əməyi olmuş Alberto Santos Dumondun, 1888-ci ildə köləliyə son qoyan şahzadə İsabelin və başqalarının heykəlləri var.