Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

İsfəndiyar İsfəndiyarov evə buraxılmadı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Səbail məhkəməsi Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi Rəşad Məmmədovla birgə həbs olunan İsfəndiyar İsfəndiyarovu ev dustaqlığına buraxmayıb.

Məhkəmə martın 14-də İ.İsfəndiyarovun girov əvəzində evə buraxılması üçün hüquqi əsasların olmadığı qənaətinə gəlib. Onun vəkili İradə Cavadova «Report»a rayon məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcəklərini deyib.

Martın 7-də Səbail rayon Məhkəməsi İ.İsfəndiyarovun həbs müddətini üç ay uzatmışdı.

İ.İsfəndiyarov Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi Rəşad Məmmədovun təqsirli bilindiyi işlə əlaqədar ötən ilin mayında həbs edilib.

İ.İsfəndiyarov və digərləri külli miqdarda ziyan vurmaqla dələduzluqda (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham olunurlar.

XS
SM
MD
LG