Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 08:58

Qızılkənd etirazçıları polisə çağrılır- [Fotolar]


►"Etirazı doğuran səbəbi araşdırmaq əvəzinə, sadə insanları təhdid edirlər"

İmişli rayonunun Qızılkənd kəndində keçirilən aksiya ilə bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Buna səbəb yerli icra, bələdiyyə orqanları rəhbərlərinin “ictimai asayişin pozulması və kütləvi iğtişaşın törədilməsinə cəhd göstərilməsinə dair ” akt tərtib etmələri və tədbir görülməsi üçün İmişli polisinə müraciəti əsas sayılır.

Bu barədə Azadlıq Radiosuna məlumat verən Müsavat Partiyası İmişli rayon təşkilatının üzvü Sübhan Abıyev və partiyanın Qızılkənd kəndində yaşayan üzvü Mədət Qurbanov polis idarəsinə çağırılıb:

Mədət Qurbanov
Mədət Qurbanov

“Bu gün səhər Mədət bəyi də polis idarəsinə çağırıb, ondan izahat alıblar. Halbuki o, aksiyaya qatılmayıb. Həmin yaşayış məntəqəsində etirazın baş qaldırmağında elə aktı tərtib edənlərin, eyni zamanda, hüquq-mühafizə orqanlarının birbaşa məsuliyyəti var. Çünki vətəndaşlar əhalinin ümumi istifadəsində olmuş örüş yerinin qanunsuz olaraq bir neçə şəxsin icarəsinə verilməyi ilə bağlı dəfələrlə İmişli rayon İcra Hakimiyyətinə, polis, prokurorluq və məhkəmə orqanlarına müraciət ediblər. Etirazı doğuran səbəbi araşdırmaq əvəzinə, sadə insanları təhdid edirlər.”

Bu ilin martın 7-də Qızılkənd kəndinin bir qrup sakini örüş yerlərinin zəbt edilməsinə etiraz olaraq şəxsi təsərrüfatlarında saxladıqları mal-qaranı kənd bələdiyyəsinin inzibati binası önünə toplayıblar.

Aksiyadan xəbər tutan İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri Qızılkənd kəndinə gəlib. Sakinləri dinləyən rəsmilər bildiriblər ki, mübahisəli məsələyə yaxın vaxtlarda yerli məhkəmədə baxılacaq.

XS
SM
MD
LG