-
Bakının «Pivzavod» küçəsi, ev 22-də yaşayan, 49 yaşlı Ərəb Əliyev hamamda çimərkən qazdan zəhərləndiyi bildirilir. «Report» xəbəri hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Ə.Əliyev koma vəziyyətində 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb, O, xəstəxanada vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətbuat yazır ki, Azərbaycanda qış aylarında dəm qazından ölüm halları tez-tez təkrarlanır. Yalnız fevral və mart ayının ilk yarısında Azərbaycanda dəm qazından 20-yə yaxın şəxsin öldüyü deyilir.