Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Azərbaycanda QİÇS-ə yoluxan əcnəbilər


Narkotik istifadəçisi
Narkotik istifadəçisi

-

Ötən il Azərbaycanda QİÇS-ə yoluxan 23 əcnəbi qeydə alınıb. Həmin əcnəbilərdən 15-i kişi, 8-i qadındır.

Bu haqda APA Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının illik məruzəsinə istinadən xəbər verir.

Məruzədə bildirilir ki, əcnəbi kişilərin 4 nəfəri narkotik istifadəsindən, 9 nəfəri hetroseksual kontaktdan, 2 nəfər isə naməlum yolla xəstəliyə yoluxub.

Qadınlardansa 1 nəfər narkotik istifadəsi, 6 nəfər hetroseksual kontakt, 1 nəfər naməlum səbəbdən QİÇS-ə mübtəla olub.

Bu sahədə statistikanın aparıldığı vaxtdan - 1987-ci ildən 2016-cı ilə qədər Azərbaycanda 190 əcnəbi QİÇS-ə yoluxub.

XS
SM
MD
LG