Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:24

"Erməni və azərbaycanlılar təmas qursun"


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

"Azərbaycanlı və erməni icmaları arasında təmas və dialoq yaradılmalıdır".

Bunu xarici işlər naziri Elmar Məmmədyarov martın 16-da Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edərkən deyib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirin Herbert Salber ilə görüşündə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

E.Məmmədyarov Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu diqqətə çatdırıb.

H.Salber Avropa Birliyinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirərək, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə AB arasında enerji sahəsində tərəfdaşlıq, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Herbert Salber Xarici işlər nazir Elmar Məmmədyarovla görüşdən əvvəl isə prezident İlham Əliyevin qəbulunda olmuşdu.

Həmin görüşdə də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın gücləndirilməsinin müzakirə olunduğu bildirilir.

XS
SM
MD
LG