Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:19

Əfv edilən "siyasi məhbus"ların evlərindən reportaj [Video]


"Siyasi məhbus"ların evlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

"Siyasi məhbus"ların evlərindən reportaj

Əfvə reaksiyalar

Əli Kərimli: "Şərlənən 11 cəbhəçidən yalnız biri azadlığa çıxıb"

Elmira İsmayılova: "Nə Xədicənin, nə İntiqamın, nə İlqarın, nə də Seymurun tezliklə çıxacağına inanmıram. Çünki onlardan çox qorxurlar."

Siyasi məhbus sayılan xeyli şəxsin düşdüyü əfv fərmanına reaksiyalar gəlir.

MOGHERİNİ: "SƏYLƏRİMİZİ DAVAM ETDİRƏCƏYİK"

“Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq”.

Avropa Birliyinin ali nümayəndəsi Federika Mogherini prezidentin martın 17-də imzaladığı əfv sərəncamı ilə bağlı öz twitter səhifəsində belə yazıb.

“İki həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra bu xəbər ruhlandırır. Biz insan haqları istiqamətində səylərimizi davam edəcəyik” - deyə F.Mogherini yazıb.

Federika Mogherini fevralın sonu martın əvvəllərində Azərbaycanda səfərdə olmuşdu. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasına qatılan xanım Mogherini prezident İlham Əliyev və bir sıra dövlət rəsmiləri ilə də görüşmüşdü.

NİGAR YAQUBLU: "GÖZLƏMİRDİM"

Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

“Atamın əfv olunacağını gözləmirdim. Ümumiyyətlə, bu əfv məsələsini xeyli vaxt idi ki, özüm üçün qapatmışdım. Həm də qarşıda atamın və İlqar Məmmədovun apellyasiya şikayətinə baxılacaqdı. İlqar bəyi niyə buraxmadılar, bunu başa düşmədim. Atamın adını eşidəndə, əlbəttə, çox sevindim. Bu dəqiqə onun sevincini yaşayıram. Düşünürəm ki, hökumətə basqılar davam eləsə, növbəti dəfə azadlığa çıxmayan digər siyasi məhbuslar da buraxılar”.

Bunu AzadlıqRadiosuna prezidentin bu günkü əfv fərmanı ilə azadlığa çıxmış Müsavat fəalı Tofiq Yaqublunun qızı Nigar Yaqublu deyib.

Nigar Yaqublu Facebook-da yazır

​Nigar Yaqublu bildirir ki, bu sayda siyasi məhbusun əfvi hökumətə təzyiqin nəticəsidir:

“Könül istərdi ki, bütün siyasi məhbuslar buraxılsın. Ancaq heç kimin buraxılmamasındansa, bir neçə nəfərin buraxılması da müsbətə doğru bir addımdır. Çox gecikmiş bir addımdır. Amma əsas odur ki, bu addım atıldı. Sözsüz ki, bu addımın atılmasında Qərbin çox böyük təsiri var. Əgər onlar basqı və təzyiq göstərməsəydi, bu gün siyasi məhbuslardan heç biri azadlıqda olmayacaqdı. Bu, İlham Əliyevin təslim olması deməkdir”.

AŞPA SƏDRİ: "ÇOX ŞADAM Kİ, ƏMƏL EDİLDİ"

“Mənə Azərbaycanda bu məsələ ilə bağlı təminat verilmişdi. Çox şadam ki, bu təminatlara əməl edildi. Azərbaycanda 148 nəfərin azad edilməsi ilə bağlı vacib təşəbbüsü alqışlayıram”.

Agramunt İlqar Məmmədovla görüşərkən
Agramunt İlqar Məmmədovla görüşərkən

Avropa Şurasının Parlament Assambleyasının sədri Pedro Aqramunt prezident İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamı ilə bağlı belə deyib.

APA-nın xəbərinə görə, Aqramunt AŞPA-nın saytına əfv sərəncamını şərh edib.

“Bu gün Azərbaycanda Vatslav Havel mükafatının sahibi Anar Məmmədli, siyasi fəallar, jurnalistlər, insan haqları müdafiəçiləri də daxil olmaqla, 148 şəxsin azadlığı buraxılması ilə bağlı yaxşı xəbər aldım” - deyən Aqramunt martın əvvəlində Azərbaycan prezidenti, parlamentin sədri və xarici işlər naziri ilə görüşlər keçirdiyini xatırladıb.

P. Aqramunt Azərbaycanda bu məsələ ilə bağlı ona təminat verildiyini bildirib:

“Mən çox şadam ki, bu təminatlara əməl edildi. Mən Azərbaycan hakimiyyət nümayəndələri ilə saxlanan şəxslərlə bağlı işləməyə davam edəcəyəm".

P. Aqramunt martın əvvəllərində Azərbaycanda olarkən həbsxanada olan REAL hərəkatının lideri İlqar Məmmədova da baş çəkmişdi. İlqar Məmmədov azadlığa buraxılmayıb.

ƏLİ KƏRİMLİ: "AXCP-YƏ XÜSUSİ MÜNASİBƏT VAR"

“Bu əfv sərəncamından da göründü ki, hökumətin Xalq Cəbhəsinə xüsusi neqativ münasibəti var”. AXCP sədri Əli Kərimli əfv fərmanını AzadlıqRadiosuna belə şərh edir.

Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

“Bu günkü əfv fərmanı ilə azadlığa çıxmış dostları təbrik edirəm, salamlayıram. Onların Novruz ərəfəsində ailələrinə qovuşmasına çox şadam. Amma təəssüf hissi ilə vurğulayıram ki, növbəti dəfə əfv sərəncamı siyasi məhbus problemimi köklü şəkildə həll etmədi. Ölkədə hüquq müdafiəçilərinin birlikdə razılaşdıqları siyasi məhbusların vahid siyahısında 97 nəfərin adı var. Bu günkü əfv sərəncamı ilə həmin siyahıdan yalnız 14 nəfər azadlığa çıxıb. Ona görə hesab edirəm ki, hakimiyyət növbəti bir fürsət itirilib. Əslində bu, siyasi məhbus məsələsinin köklü şəkildə həllini tapması üçün yaxşı fürsət idi. Həm Azərbaycan xalqı, həm də beynəlxalq birlik ilə problemləri səngimiş olardı. Demokratik inkişafa imkanlar yaranmış olardı”.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli həbsdəki AXCP üzvlərinin əksəriyyətinin həbsdə qalmasını hökumətin AXCP-yə münasibətinin göstəricisi sayır:

“Bu əfv sərəncamından da göründü ki, hökumətin Xalq Cəbhəsinə xüsusi neqativ münasibəti var. Hazırda AXCP-nin 11 üzvü müxtəlif bəhanələrlə şərlənərək həbs edilib. Bu 11 nəfərdən yalnız biri – Pərviz Həşimli azadlığa çıxıb. Yerdə qalan 10 nəfər yenə siyasi məhbus həyatını davam etdirəcək”.

NATİQ CƏFƏRLİ: "İLQAR MƏMMƏDOVUN HƏBSDƏ QALMASI ÜZÜNTÜ GƏTİRDİ"

Natiq Cəfərli
Natiq Cəfərli

“Dostlarımızın və siyasi məhbusların böyük bir qisminin azadlığa çıxması bizi çox sevindirdi. O cümlədən, ReAL-ın idarə heyətinin üzvü Rəsul Cəfərovun da azadlığa çıxması bizə ikiqat sevinc bəxş etdi. Ancaq, təbii ki, sədrimiz, hərəkatın lideri İlqar Məmmədovun həbsdə qalması bizə üzüntü gətirir. Bu, bir daha sübut edir ki, indiki hakimiyyətin yeganə siyasi rəqibi və çəkinəcəyi İlqar Məmmədovdur. Çünki beynəlxalq təşkilatların da, Avropa İnsan Haqları Məhkəməsinin də azadlığa çıxmasını istədiyi fiqurlardan biri İlqar Məmmədov idi. Avropa Məhkəməsinin onun azad edilməsi ilə bağlı qərarı da vardı”.

Bunu AzadlıqRadiosuna Real Hərəkatının icra katibi Natiq Cəfərli deyib. O, İlqar Məmmədovun yaxın gələcəkdə azad olunacağına inandığını da bildirir:

Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

“İlqar Məmmədovun yaxın gələcəkdə azad olunacağına tam əminik. Çünki Avropa İnsan Haqları Məhkəməsinin ikinci qərarı da gözlənilir. Çox yaxın zamanlarda bu qərar da olacaq. Bu qərarda qeyd- şərtsiz azad olunması məsələsi bir daha qaldırılacaq. Əminik ki, yaxın gələcəkdə bütün siyasi məhbuslar, o cümlədən, İlqar Məmmədov, Xədicə İsmayıl, İntiqam Əliyev azad oluncaq”.

Arzu Abdullayeva
Arzu Abdullayeva

ARZU ABDULLAYEVA: "QALAN DOSTLAR DA TEZLİKLƏ AZAD OLUNACAQ"

“Siyahıda bir neçə nəfərin adının olmaması bizi məyus elədi. Ancaq bu, hər halda, böyük, pozitiv, yaxşı bir addım idi. Ümid edirik ki, qalan dostlarımız da azadlığa çıxacaq. İlqar Məmmədovu, Xədicə İsmayılovanı, cəbhəçiləri, İntiqam Əliyevi, bu dəfə çıxmayanları nəzərdə tuturam. İntiqam müəllimin səhhəti də yaxşı deyildi, ona görə nigaranıq. Xədicəyə elə də ümid eləmirdik. Ancaq fikirləşirdik ki, İntiqam müəllim 100 faiz olacaq. İlqar Məmmədov haqqında Avropa Məhkəməsinin qərarı vardı. Ancaq fikirləşirik ki, onların da adı gələcək əfv fərmanlarında olacaq”.

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Arzu Abdullayeva deyib. Hüquq müdafiəçisi bu istiqamətdə danışıqların aparıldığını da bildirib:

Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

“Bəzi müvafiq strukturlarla danışıqlar da aparırıq. Belə bir rəy yaranıb ki, onlar 28 maya (Respublika Bayramı) deyil, ondan da tez azad oluna bilərlər”.

NƏCMİN KAMİLSOY: “ATAMIN DA ADINI GÖRƏCƏYİK”

“Bizim əfvlə bağlı hələ ki, gözləntimiz yox idi. Gözləmirdik, ona görə kədərlənmədik də. Digər siyasi məhbusların azad olunmasına isə çox sevindik. Ümid edirəm ki, növbəti əfv fərmanlarının birində atamın da adını görəcəyik”.

Bunu AzadlıqRadiosuna həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Kamilsoy deyib.

Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

TÜRKAN AXUNDOVA: “3 İL ÇƏTİN KEÇDİ”

“Bu il 3 il çətin keçdi. Rəşadətin azad olunacağını gözləmirdim. Yəqin gözləmədiyin halda azad olunma xəbərini eşidəndə adam daha çox sevinir”.

Əfv fərmanı ilə azad olunan NİDA-çı Rəşadət Axundovun həyat yoldaşı Türkan Axundova AzadlıqRadiosuna belə deyib.

Rəşadət Axundovun valideynləri isə bildirib ki, azadlığa çıxmaq övladlarının haqqı idi.

ELMİRA İSMAYILOVA: "XƏDİCƏNİN ƏFVİNİ GÖZLƏMİRDİM"

Elmira İsmayilova
Elmira İsmayilova

“Xədicənin çıxacağını gözləmirdim. Ancaq Tofiq Yaqublunun, Anar Məmmədlinin, digər siyasi məhbuslarınazad olunmasına çox şadam. Allah o biriləri də tezliklə çıxartsın”.

Bunu AzadlqRadiosuna əfv edilməyən araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova deyib:

Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

“Nə Xədicənin, nə İntiqamın, nə İlqarın, nə də Seymurun tezliklə çıxacağına inanmıram. Çünki onlardan çox qorxurlar. Ancaq, hər halda, nə vaxtsa o da olacaq.”

SƏİDƏ QOCAMANLI: SİYAHIDAN 14 NƏFƏR...

Səidə Qocamanlı
Səidə Qocamanlı

Prezident İnsan Haqları üzrə Birgə İşçi Qrupun təqdim etdiyi 22 nəfərlik siyahıda yer alanlardan 14 nəfəri azadlığa buraxıb.

Hüquq müdafiəçisi, işçi qrupun üzvü Səidə Qocamanlı ölkə başçısının martın 17-də imzaladığı əfv sərəncamını Modern.az-a şərh edəkən belə deyib.

Hüquq müdafiəçisi bildirib ki, martın 17-də məhkəmə qərarı ilə azadlığa çıxan Rauf Mirqədirov da siyahıya əlavə edilsə, işçi qrupun tərtib etdiyi siyahıdan 15 nəfər azadlığa qovuşub.

S.Qocamanlı əfv sərəncamını yüksək qiymətləndirdiyini deyib.

ARİF HACILI: "MÜSBƏT ADDIMDIR"

Arif Hacılı
Arif Hacılı

Əfv sərəncamını şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, “sərəncam müsbət bir addımdır”.

"Sərəncamı Novruz Bayramı ərəfəsində müsbət bir hadisə hesab edirəm” - deyən Arif Hacılı jurnalist Rauf Mirqədirovla müavini Tofiq Yaqublunun azadlığa buraxılmasını xüsusi qeyd edib.

Rəhbəri həbsdə olan ReAl Hərəkatının icra katibi Natiq Cəfərli öz facebook səhifəsində əfv sərəncamının gözəl xəbər olduğunu yazıb. O qeyd edib ki, azadlığa çıxacaq şəxslərə görə sevinir:

“Ancaq ölkə başçısı İlqar Məmmədovu yenə də buraxmadı. Bununla əsas rəqibinin kim olduğunu göstərir”

Səadət Bənənyarlı
Səadət Bənənyarlı

SƏADƏT BƏNƏNYARLI: "YÜKSƏK QİYMƏTLƏNDİRİRƏM"

“Bu günkü əfv fərmanı ilə adı bizim siyahıda olan 14 nəfər və bu günkü məhkəmədən Rauf Mirqədirov şərti azadlığa buraxıldı. Onun da adı siyahımızda vardı. Bu əfv fərmanını yüksək qiymətləndiririk. Ümumiyyətlə, əfv fərmanlarının hamısını yüksək dəyərləndiririk. Ancaq bu günkü əfvdə təqdim etdiyimiz şəxslərin yarısından çoxunun adını görməyi çox yüksək qiymətləndiririk”.

Bunu AzadlıqRadiosuna prezidentin 17 mart əfv fərmanını şərh edən hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib. Hüquq müdafiəçisi həbsdə qalan digər ictimai fəalların azad olunması üçün də əllərindən gələni edəcəklərini bildirib:

Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

“Çox istərdik ki, azadlığa çıxmayan İlqar Məmmədov, İntiqam Əliyev və başqaları da tezliklə buraxılsın. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Martın 17-də ölkə başçısının imzaladığı sərəncamla 137 nəfər azadlığa buraxılır. 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad edilir.

Əfv sərəncamına əsasən, hüquq müdafiəçiləri Taleh Xasməmmədov, Rəsul Cəfərov, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, "Nida"çılar Rəşad Həsənov, Rəşadət Axundov, Məmməd Əzizov və Ömər Məmmədov azadlığa çıxacaq. Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, Müsavat Partiyasının fəalları Tofiq Yaqublu, Yadigar Sadıqov, Sirac Kərimov, jurnalistlər Pərviz Həşimov və Hilal Məmmədov da azadlığa çıxanlar arasındadır.

Hüquq müdafiəçiləri, beynəlxalq hüquq müdafiə qurumları adları "siyasi məhbus" siyahılarına daxil edilən bütün şəxsin azadlığa çıxmasını tələb edirdilər. 100 nəfərlik siyahıda siyasətçi İlqar Məmmədovun, hüquqşünas İntiqam Əliyevin və jurnalist Xədicə İsmayılın da adları var idi. Onlar isə əfv fərmanından kənarda qalıblar.

XS
SM
MD
LG