-
Paris hücumlarında əsas şübhəli sayılan Salah Abdeslam xəstəxanadan çıxarılaraq dindirilmək üçün istintaqa cəlb edilib.
Bundan sonra o, məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə dindirilməsi hələ davam edir. Daha sonra isə o, həbsxanaya göndəriləcək.
Salah Abdeslam martın 18-də Brüsselin Molenbek rayonunda həbs olunub.
Əməliyyat zamanı o, ayağından yaralanmışdı.
Paris Salah Abdeslam-ın Fransaya ekstradisiya olunmasına çalışır. Onun vəkilləri isə buna qarşı çıxır.
26 yaşlı Abdeslam Paris hücumlarından əvvəl də Molenbekdə yaşayıb.
Ötən ilin noyabrında Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb.
Hücuma görə cavabdehliyi İŞİD üstünə götürüb.